Maybo şirkəti Megger ilə birgə texniki seminar təşkil etdi
04–05 iyun 2025 tarixlərində Maybo şirkəti tərəfindən Megger Germany GmbH şirkətinin üç mütəxəssisinin iştirakı ilə “Elektrik energetikası üçün müasir test, ölçü və sınaq avadanlıqları” mövzusunda texniki seminar təşkil olunub.
Seminar iki hissədən ibarət olub:
Nəzəri hissə – 4 iyun 2025
Qafqaz Baku City Hotel & Residences otelində keçirilən nəzəri hissədə aşağıdakı təqdimatlar dinlənilib:
-
- “Megger – elektrostansiyadan rozetkaya qədər: test, sınaq və diaqnostika həlləri”
- “Güc transformatorlarının sınaqları”
- “Elektrik kabelinin diaqnostikası strategiyası. 4-formalı gərginlik: nəzəriyyə, xüsusiyyətlər, tətbiq və praktiki nümunələr”
Praktiki hissə – 5 iyun 2025
Azərişıq ASC-nin Tədris Mərkəzində 110 kV güc transformatoru üzərində aşağıdakı cihazlarla praktiki nümayişlər keçirilmişdir:
- Megger TRAX – Yarımstansiya avadanlıqları üçün kompleks diaqnostika sistemi
- Megger TAU3 – Üç fazalı transformator sarğı analizatoru
Tədbirdə iştirak edən qurumlar
- Azərişıq ASC
- Azərbaycan Dəmir Yolları QSC
- Bakı Metropoliteni QSC
- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
- Azərbaycan Hava Yolları QSC (AZAL)
- Azərbaycan Texniki Universiteti
- Balakhani Operating Company LTD
- Prime Cotton MMC
- SOLAB MMC
- SOCAR Downstream (HAOR)
- SOCAR Azneft İB
- SOCAR neft emalı zavodu
- SOCAR qaz emalı zavodu
Seminarın məqsədi elektrik enerjisi sahəsində fəaliyyət göstərən mütəxəssislərə müasir ölçü və diaqnostika texnologiyaları haqqında ətraflı məlumat təqdim etmək və real avadanlıqlar üzərində praktik bacarıqları inkişaf etdirmək olub.